
Elçin Rəşid
Data analitik, Modelləşdirmə və Proqnozlaşdırma üzrə ekspert
- Tədris etdiyi təlimlər:
- Data analitika
- HR data analitika: MS Excel modulu
- MS Excel
Data analitikası, modelləşdirmə, proqnozlaşdırma, qiymətləndirmə və optimallaşdırma üzrə ixtisaslaşmışdır. SOCAR, dövlət qurumları, 10-a yaxın bank, 50-dən çox özəl müəssisə və əksər nazirliklərlə yanaşı, Dünya Bankı, Avropa İttifaqı və UNDP kimi beynəlxalq maliyyə institutlarının sifarişlərini yerinə yetirmişdir. Marketinq strategiyalarının effektivliyini proqnozlaşdırmaq, Universitet inkişaf strategiyalarının ssenariləri üzrə modelləşdirmə və qiymətləndirmə, müxtəlif sektorlar üçün investisiyaların optimallaşdırılması və modelləşdirilməsi, logistika və portfel modelləşdirməsi, kənd təsərrüfatı, kommunal xidmətlər və təhsil sahələrində dövlət siyasətlərinin modelləşdirilməsi və optimallaşdırılması, fərqli sahələr üçün məlumatların toplanması və monitorinq sistemlərinin yaradılması, işğaldan azad olunmuş ərazilər üzrə proqnozlaşdırma, bu ərazilərdə yaşayış infrastrukturu və ağıllı texnologiya ssenariləri üzrə modelləşdirilmə və optimallaşdırma kimi layihə və işləri icra etmişdir. Bu mövzularda dövlət qurumları və özəl şirkətlər üçün 200-ə yaxın praktiki təlim keçmişdir.