Daxili sükunət, xarici güc.
Komandada necə formalaşdırılır?
Dəyərlər, yanaşma və prinsiplər, korporativ davranış normaları aydın olduqda komanda nəyi etməli, nəyi etməməli olduğunu bilir və gərginlik aradan qalxır.
Qaydalar hər kəs üçün aydındırmı?
Şəffaf intizam və daxili prosedurlar əməkdaşlarda məsuliyyət hissini gücləndirir. Odur ki, daxili intizam qaydalarının hər kəs tərəfindən aydın başa düşülən kommunikasiyası edilməlidir.
Əməkdaşlar arasında anlaşılmazlıq yaranırmı?
Kollektivlərdə anlaşmazlıqların olması qaçılmazdır. Lakin siz fərdi və kollektiv mübahisələrin həlli mexanizmlərini qurduqda bu mübahisələr daha rahat tənzimlənir və bundan qurum, kollektiv zərər görmür. Sistemli ünsiyyət kanalları konfliktlərin qarşısını alır və komanda ruhunu qoruyur.
İntizam tədbirləri necə tətbiq olunur?
Hər bir əməkdaşın, vəzifə və peşənin özünə məxsus məsuliyyətləri, səlahiyyətləri vardır. Məsuliyyətlər maddi olduğu kimi qeyri-maddi də ola bilər. Həmçinin qurumun özünə məxsus kommersiya sirlərinin olması da təbii haldır. Bu baxımdan məxfiliyin qorunması, məsuliyyətlərin yerinə yetirilməsi üçün sistemləriniz mükafatlandırma və intizam məsuliyyəti alətləri ilə dəstəklənməlidir. Beləliklə siz hüquqi risklərinizi də azaldarsınız.