
Cahal Əlizadə
Cahal Əlizadə – Rəqəmsal marketinq üzrə ekspert
Təhsil:
bakalavr – İqtisad Universiteti (Dünya İqtisadiyyatı), magistratura – İzmir Dokuz Eylül Universiteti (Marketinq)
6 ildir bu sahədə fəaliyyət göstərir. Kontent yaradıcısı, kopirayter, SMM meneceri, SMM komanda rəhbəri, Rəqəmsal Marketinq üzrə menecer vəzifələrində çalışmışdır. Hazırda YouTube platformasında icra edilən bir podkast layihəsində layihə meneceri kimi fəaliyyət göstərir və Layihənin bütün platformalardakı rəqəmsal işləri ilə məşğuldur.
Admedia, Düymə, Artmood kimi ölkənin öndə gedən reklam agentlikləri və bir neçə korporativ şirkətlərdə çalışmışdır. O, ölkənin aparıcı reklam agentliklərində, həmçinin bir neçə korporativ şirkətdə çalışmış, bu dövr ərzində NORM, eManat, Unibank, Dodge, OBA Marketlər kimi brendlərin reklam büdcələrini idarə etməklə yanaşı yaradıcı işlərə də öz imzasını atmışdır.
Rəqəmsal Marketinq Strategiyasının Hazırlanması və Planlaşdırılması, Yaradıcı kontentin formalaşdırılması, Rəqəmsal reklamların idarə olunması üzrə geniş təcrübəyə malikdir.