
Aynur Mirzəzadə
SHRM-CP
«SOCAR Midstream Operations», HR Menecer
- Tədris etdiyi təlim: HR foundation: Strateji HRM modulu
Təhsil, telekommunikasiya, tikinti, pərakəndə satış, nəqliyyat və neft-qaz sahələrində zəngin iş təcrübəsinə malik olmaqla, bir neçə özəl və dövlət təşkilatında insan resursları üzrə müxtəlif vəzifələrdə işləmişdir. O, 2022 – 2024-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin İşə qəbul şöbəsinin müdiri vəzifəsində işləmiş, hazırda isə “SOCAR Midstream Operations” MMC-də İnsan resursları üzrə menecer vəzifəsində işləyir. “İnsan resurslarının idarə edilməsi və işə qəbul”, “Performans sistemlərinin qurulması və effektiv idarə olunması”, “Davamçıların idarə olunması”, “İnsan resursları proseslərinin rəqəmsallaşdırılması” və “Biznes tərəfdaşlığı” üzrə geniş təcrübəyə malikdir.