Biz kimik?
HRENGINEERING MMC, 2023-cü ildən fəaliyyət göstərir və 2012-ci ildən formalaşan platforma əsasında yaradılıb. İnsan resursları sahəsində ixtisaslaşan komandamız, “HR Forum Baku” və “HR Summit Baku” kimi prestijli layihələrin müəllifidir.
Təcrübəmiz və Nailiyyətlərimiz
- 10 fərqli qurum və şirkətdə uğurlu HR layihələri həyata keçirmişik
- 145,000-dən artıq əməkdaşı əhatə edən sistemlər qurmuşuq
- 1000-dən çox peşəkar HR mütəxəssisin inkişafına dəstək vermişik
- 35 nəfərlik təcrübəli ekspert və təlimçi komandası ilə fəaliyyət göstəririk
- 30-dan çox fərqli və praktik təlim məhsulu təqdim edirik
- “HRENGINEERING Workshops” çərçivəsində 12 layihə və tədbir təşkil etmişik
Əsas məqsədimiz – insan resurslarının idarəçiliyində müasir və effektiv yanaşmalar tətbiq edərək, təşkilatların və peşəkarların davamlı inkişafını təmin etməkdir.
İstiqamətlərimiz
Konsultasiya və Outsourcing
İnsan resurslarının idarə olunması üzrə peşəkar konsultasiya və outsourcing xidmətləri ilə təşkilatınızın ehtiyaclarını qarşılayırıq.
Korporativ və Açıq Qrup Təlimləri
Müxtəlif mövzularda korporativ və açıq qrup təlimləri təşkil edərək, əməkdaşlarınızın bacarıqlarını inkişaf etdiririk.
HR Proqram Təminatı: DataHRM
İnsan resursları idarəçiliyi üçün müasir və effektiv proqram təminatı DataHRM ilə idarəetməni asanlaşdırırıq.
İşə Düzəltmə və Outstaffing
İşə düzəltmə və outstaffing xidmətlərimizlə, təşkilatınız üçün ən uyğun kadrları təmin edirik.
Mesajımız
Biz Kimik və Nəyə İnanırıq?
Biz HRENGINEERING olaraq, özümüzü bir biznes aktivi kimi görürük və uğurumuzun əsas sirrinin, korporativ və fərdi müştərilərimizin əldə etdikləri nailiyyətlərdə olduğunu dərk edirik.
Xidmət göstərdiyimiz hər bir müştərinin uğuru bizim üçün əsas prioritetdir. Korporativ əməkdaşlıqlar zamanı yalnız onların biznes tələblərinə deyil, həm də maliyyə dayanıqlılığına diqqətlə və peşəkarcasına yanaşırıq.
Əminik ki, bizim seçdiyimiz müştərilər, göstərdiyimiz yüksək keyfiyyətli xidmət və yaratdığımız real dəyəri gördükdə, biznes maraqlarımızın qorunmasında etibarlı tərəfdaşlara çevriləcəklər.
Eyni zamanda, fərdi müştərilərimizin xidmətimizdən məmnun qalması bizim üçün dəyərli göstəricidir. Onların karyera yüksəlişi və inkişafı bizim üçün, gələcək korporativ əməkdaşlıqların əsasını təşkil edən vacib zəmin yaradır.
Şüarımız
İdarəetmədə mühəndislik həlləri!
Məqsədimiz
Peşəkar HR xidmətləri və insan resursları idarəçiliyi sahəsində güclü təcrübəmizlə təşkilatlara, komandalara və fərdlərə dəyər qatmaq, iş mühitini və karyera inkişafını daha səmərəli və davamlı ekosistemə çevirmək.
Missiyamız
İnsan resursları idarəçiliyində innovativ və rasional həllər təqdim edərək, təşkilatların insan resursları və təşkilati inkişaf sahəsində fəaliyyətlərini optimallaşdırmaq.